8 sen 2023 12:19
Milli Məclis Türkdilli Ölkələrin Parlament Assambleyasının adının dəyişdirilməsini təsdiqləyəcək.
Metbuat.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, qurum Türk Dövlətləri Parlament Assambleyası adlanacaq.
Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə edilib.