14 sen 2023 09:28
İran və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı Ermənistan baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasındakı müzakirələrin davamı olaraq baş tutub.
Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.