5 sen 2023 16:24
“Moskva humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarıdır”.
Metbuata.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya məsələni siyasiləşdirməyin əleyhinədir: “Ermənistan hakimiyyətinin ritorikası təkcə məsuliyyəti başqalarının üzərinə atmaq deyil, həm də məsələnin həllini çətinləşdirmək məqsədi daşıyır. Rusiyaya qarşı ittihamlar yolverilməzdir. Ölkəni təmsil edən insanlar öz bəyanatlarında daha məsuliyyətli olmalıdırlar”.
M. Zaxarova qeyd edib ki, Moskva üçtərəfli razılaşmalar çərçivəsində hərəkət edir.
O, tərəfləri gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb: “Son hərbi toqquşma Ermənistanda yerləşən avropalı müşahidəçilərin effektivsizliyini göstərdi”.