23 sen 2023 19:00
“Xankəndidə vəziyyət kifayət qədər stabildir. Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlıları ilə koordinasiyalı şəkildə qarşıda dayanan vəzifələri icra edir”.
Metbuat.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Şuşa şəhərində jurnalistlərə açıqlama verərkən deyib. A.Eyvazov bildirib ki, ordumuz sülhməramlılarla sıx şəkildə əlaqə saxlayır, mülki şəxslərin, orada yaşayan etnik ermənilərin və yenidən öz evlərinə geri dönənlərin təhlükəsizliyinin təmin edilməsi üçün lazimi tədbirləri həyata keçirir:
“Ordumuz həmçinin Qarabağdakı qanunsuz erməni silahlılarının tərksilah edilməsi prosesini də həyata keçirir. Bundan əlavə qanunsuz hərbi birləşmələrin təhvil verdiyi silah-sursat isə bir müddət sonra ictimaiyyətə təqdim olunacaq”, - deyə nazirlik rəsmisi əlavə edib.