21 sen 2023 14:08
Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Metbuat.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Qeyd edilib ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.