20 sen 2023 10:53
"Hörmətli Ermənistan və Qarabağ "rəhbər"liyi, danışıqlara gedin, qərar verməkdən qorxmayın. Gedin və Azərbaycan tərəfi ilə danışıq aparın".
Metbuat.az bildirir ki, bu sözləri separatçı jurnalist Tatul Akopyan deyib.
O bildirib ki, Azərbaycan Ordusu müdafiə xəttini yarıb. Onlar indi Xocavənd və Əsgəran istiqamətində irəliləyirlər. Bizim "qüvvə"lərimiz qanlı və qeyri-bərabər döyüşdədir.