METBUAT.AZ

Dünya

Müharibə səsləri -

1 sen 2023 11:12

Burkina Faso hökuməti Nigerə qoşun göndərilməsinə icazə verən qanun layihəsini təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Burkina Fasonun Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada, Nazirlər Şurasının, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin mümkün hərbi müdaxiləsinə qarşı Nigerə qoşun yerləşdirməyə icazə verən qanun layihəsini qəbul etdiyi açıqlanıb. Qanun layihəsinin həyata keçirilməsi üçün sənəd parlament tərəfindən qəbul edilməlidir.

Qeyd edək ki, 16 üzvdən ibarət Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin təqribən 10 ölkəsi Nigerdə hərbi adminstrasiyasını devirmək üçün hərbi müdaxilə ediləcəyini bəyan edib. Burkina Faso, Mali isə hərbi müdaxiləyə qarşı çıxır. Bəyanatda xəbərdarlıq edilib ki, Nigerə qarşı istənilən hərbi müdaxilə Burkina Faso və Maliyə qarşı müharibədir. Niger həmçinin Burkina Faso və Maliyə mümkün hərbi əməliyyat olacağı təqdirdə ərazisinə daxil olmağa icazə verib.


metbuat.az.