15 sen 2023 11:07
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley ABŞ-ın Əfqanıstandakı həyata keçirdiyi müharibə barədə diqqətçəkən açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, o, ABŞ-ın müharibədə “Taliban”a məğlub olduğunu bəyan edib.
O deyib: “Mənim istədiyim kimi bitmədi, heç birimizin istədiyi kimi bitmədi. Düşmən sizin dəstəklədiyiniz paytaxtı işğal edəndə bu, strateji bir geriləmədir, strateji uğursuzluqdur. Daha geniş şəkildə desək, ABŞ müharibədə uduzdu. Biz 20 ildən artıqdır ki, “Taliban” və onların müttəfiqləri ilə mübarizə aparırdıq. Onlar paytaxtda mənim indi bunları burada deməyə vaxtımın olmadığı bir çox səbəblərə görə üstünlük əldə etdilər.