METBUAT.AZ

Ölkə

Naxçıvan Sağlamlıq Mərkəzinə yeni direktor

25 sen 2023 11:56

Naxçıvan Sağlamlıq Mərkəzinə (Diaqnostika Müalicə Mərkəzi) yeni direktor təyin edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Əli Orucov təyinat alıb.

Qeyd edək ki, Əli Orucov bundan öncə "Gəmiqaya Plastmas Kapsul və Qapaq" MMC-də maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.


metbuat.az.