METBUAT.AZ

İdman

Naxçıvanda daha bir vəzifəli şəxs

16 sen 2023 16:39

Naxçıvan şəhəri, İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub.

Metbuat.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazirin vəzifələrini icra edən Məcid Seyidov əmr imzalayıb.

Əmrə əsasən, kompleksin direktoru Faiq Hacıyev öz ərizəsi əsasında işdən azad olunub.

Digər əmrlə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsi müvəqqəti olaraq müavin Ramin Talıbova həvalə edilib.


metbuat.az.