METBUAT.AZ

İdman

Ndombele İstanbulda -

5 sen 2023 09:16

"Qalatasaray" İngiltərənin "Tottenhem" klubundan Tanquy Ndombeleni icarəyə götürüb.

Metbuat.az türk mediasına istinadən bildirir ki, futbolçu artıq İstanbuldadır.

26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Qalatasaray"da çıxış edəcək. Müqavilədə satınalma bəndi də mövcuddur. Klub 5 hissəyə bölərək 15 milyon avro ödəməklə oyunçunu birdəfəlik ala biləcək. Ndombelenin maaşı isə 3,1 milyon avrodur.


metbuat.az.