4 sen 2023 15:46
«Neftçi» bu gün daha bir legionerlə münasibətlərini rəsmiləşdirib.
Metbuat.az "Sportinfo"ya istinadən bildirir ki, paytaxt klubu “Spartak”ın sabiq futbolçusu Reziuan Mirzovu rənglərinə bağlayıb.
30 yaşlı hücumçu ilə müqavilə müddəti 1 ildir. Razılaşmaya görə, «ağ-qaralar» rusiyalı forvardın çıxışından məmnun qalarsa, kontrakt daha 1 il yenilənəcək.
O, karyerası ərzində “Spartak”(Nalçik), “Torpedo”(Moskva), “Terek”, “Rostov”, “Tosno”, “Arsenal”(Tula), “Spartak”(Moskva) və “Ximki”nin formasını geyinib.
Mirzov 3 aya yaxın idi ki, azad agent statusu daşıyırdı.