9 sen 2023 09:11
Neymar Braziliya millisinin ən yaxşı bombardiri olub.
Metbuat.az bildirir ki, futbolçu ötən gün Boliviya yığması ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda dubl edib. Bununla da o, qollarının sayını 79-a çatdırıb və millidə 77 qol vuran Peleni geridə qoyub.
Matç Braziliyanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.