14 sen 2023 10:07
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən “Növbəti Stansiya Gənclik şimal-qərb regionları”layihəsinin icrası başa çatıb.
Metbuat.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artmasına töhfə vermək olub.
“Zamanın idarə olunması”, “Komanda işi və liderlik”, “Bədən dili”, “Stressin idarə olunması”, “Müsahibə texnikaları”, “Təqdimat bacarıqları”, “Xarici dilin inkişaf etdirilməsi” və digər mövzular olmaqla ümumilikdə 10istiqamətdə,Şəki, Oğuz, Balakən, Qax, Zaqatala və Qəbələ regionlarındatəlim sessiyası keçirilib. Layihə müddətində həmçinin müxtəlif komanda oyunları və qrup işləri baş tutub. Diqqətə çatdırılıb ki, layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.