METBUAT.AZ

Maraqlı

Oktyabrın BƏXTƏVƏR BÜRCLƏRİ:

28 sen 2023 19:05

Astroloji proqnozlara görə, qarşıdan gələn ayda altı bürc həyatlarında mühim dəyişikliklərin şahidi olacaqlar.

Metbuat.az xəbər verir ki, maliyyə uğuru qazanacaq bürclərdən biri Balıqlardır. Onlar qarşılaşdıqları fürsətdən istifadə etsələr maddi bolluq dövrünə qədəm qoyacaqlar.

Sabit və praktik olması ilə tanınan Buğalar güclü zəmin yaratmaq üçün fitri istedadlarından istifadə edəcəklər. Buğa diqqətli olarsa gələn ayda bir çox problemləri həll ola bilər.

Təşəbbüskar və iddialı xasiyyəti ilə diqqət çəkən Qoç bürcü, oktyabr ayında edəcəyi maliyyə gedişləri ilə arzuladığı zənginliyə çata bilər. Qarşısına çıxan fürsətlərdən yararlanacaq Qoç bürcünün karyerasında yüksəliş gözlənilir.

Liderlik qabiliyyətinə malik olan Şirlər, sərfəli fürsətlərdə və sərmayələrdə düzgün addımlar etsələr, istədikləri sərvətə asanlıqla çatacaqlar.

Qətiyyətli xasiyyətə malik Oğlaq bürcünün oktyabr ayında işləri çox rahat keçəcək. Maliyyə məsələlərində atılacaq intizamlı addımlar bu prosesi daha da sürətləndirəcək

Oktyabr Əqrəb ayı olacaq desək yanılmarıq. Risklər olsa da, uğur onları izləyir. Yaxşı olardı ki, atacağı addımlara görə çox düşünməsinlər. Ulduzlar maddi və şəxsi sferada pozitiv proqnozlar vəd edir.

Aidə / Metbuat.az


metbuat.az.