METBUAT.AZ

Dünya

Öldüyü iddia edilən komandan toplantıda görüntüləndi

27 sen 2023 11:15

Ukraynanın öldüyünü iddia etdiyi Rusiya Qara Dəniz Donanması Komandanı Viktor Sokolov Rusiya müdafiə naziri Şoyqunun qatıldığı toplantıda görüntülənib.

Metbuat.az xəbər verir ki, Ukrayna Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahının bombalanması nəticəsində Sokolovun öldüyünü iddia etmişdi.

Qeyd edək ki, 33 nəfərin öldüyü hücumun kəşfiyyat planlarının rus zabitlərin partizan dəstəsinə verdiyi iddia edilib. İddialara görə, rus zabitlər Ukraynaya məlumat sızdırmaqda ittiham olunublar. Rusiyalı zabitlərin bölgədə fəaliyyət göstərən anti-Rusiya hərbi partizan qrupuna pul qarşılığında məlumat çatdırdığı və hücumun məhz bu məlumat vasitəsilə həyata keçirildiyi iddia edilib.


metbuat.az.