4 sen 2023 17:36
"Babam rəhmətə getdikdən sonra 40-na qədər Nəsibə xanım insult keçirdi. Sonra xəstəxanaya yerləşdirdik, bir az sağaldı. İkinci dəfə yenidən insult oldu. Bu xəstəliklər onun səhhətini pisləşdirdi. Ölümündən bir il əvvəl isə yaddaşını itirməyə başladı. Şəkər xəstəsi olduğu üçün son 7 ayda ayaqları qanqrena verdi. Biz fikirləşdik ki, bəlkə onu əməliyyat etdirək, amma həkimlər dedilər ki, onun ürəyi tab gətirməz".
Metbuat.az "Baku.ws"a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə xanım deyib. "AStar" layihəsinə qonaq olan Nəsibə xanım nənəsinin son günlərində tamamailə arıqladığını və xəstəlyinin onu əldən saldığını bildirib:
"Son günləri idi və mən onu görməyə gəldim. İnsan bir həftə ərzində bu qədərmi dəyişər? Qupquru qurmuşdu. Sonuncu dəfə onun səhhəti ilə maraqlanan xanım var idi. O otağa girib gəlib bizə dedi ki, Nəsibə xanım artıq həyatda yoxdur. Həmin an divarda yaşıl saat var idi. Baxdım ki, əqrəbləri dayanıb.