METBUAT.AZ

Siyasət

Ordumuz Xankəndinə girəcək? -

19 sen 2023 14:23

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib.

Hazırda çoxlarını maraqlandıran suallardan biri də Ordumuzun Xankəndinə girib girməyəcəyi ilə bağlıdır.

Bu barədə siyasi şərhçi Şahin Cəfərli bildirib ki, "Konstitusiya quruluşunun bərpası" cümləsi əslində bunu ehtiva edir kimi görünür.

"Digər tərəfdən, şəhər ətrafındakı qanunsuz silahlı dəstələr zərərsizləşdirildikdən sonra küçə döyüşlərinə gətək qalmadan Xankəndini döyüşsüz də nəzarətə götürmək mümkündür" ,- sitatın sonu.

Qeyd edək ki, son məlumatlara görə, Azərbaycan Ordusu düşmənin elektron döyüş məntəqəsini vurub.


metbuat.az.