METBUAT.AZ

Hərbi

Ötən gecə Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub -

20 sen 2023 10:30

"Dünən gecə boyu Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub".

Metbuat.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, nəticədə strateji obyektlər zərər görüb, Şuşa şəhərinin işıqlandırılmasında fasilələr yaranıb: "Qeyd olunan faktlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanmaqla istintaq aparılır, əməkdaşlarımız hazırda cinayət işləri üzrə mümkün istinatqa hərəkətlərini həyata keçirir, ilkin sübutları toplayır". (Report)


metbuat.az.