19 sen 2023 11:51
Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üçün ilk iclası keçirilib.
Metbuat.az xəbər verir ki, iclasın gündəliyində 3 məsələnin müzakirəsi yer alıb.
İlk olaraq 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Daha sonra komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunub.
İclasda həmçinin “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirədən sonra parlamentin plenar iclasına tövsiyə olunub.