METBUAT.AZ

İdman

Oynamayan hücumçu üçün sərvət ödəyəcəklər -

27 sen 2023 17:10

İngiltərənin Premyer Liqa nəhəngləri “Çelsi”, “Arsenal” və “Tottenham” “Brentford”un ulduz hücumçusu İvan Tonini transfer etmək üçün hərəkətə keçiblər.

Metbuat.az xəbər verir ki, 27 yaşlı futbolçu mərc oyunları ilə bağlı qadağaları pozduğuna görə 8 ay futboldan uzaqlaşdırılıb. Qadağanın müddətinin yarısını tamamladıqdan sonra futbolçu yenidən məşqlərə qatılıb. Lakin onun hələ meydana çıxması barədə qadağa davam edir.

“The Mirror” xəbər verir ki, qadağaya baxmayaraq klublar onu transfer etmək üçün sərvət ödəməyə hazırdır. Məlumata görə, “Brentford” 27 yaşlı hücumçu üçün 75 milyon dollar tələb edir.


metbuat.az.