METBUAT.AZ

İdman

Oyundan əvvəl futbolçulara cadu etdilər:

14 sen 2023 09:25

DÇ-2026-nın Cənubi Amerika seçmə mərhələsi üzrə keçirilən Braziliya-Peru oyunundan əvvəl lentə alınmış görüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, Peru şamanlarının matçdan əvvəl həyata keçirdikləri rituallar gündəm olub. Neymar və dostlarını zərərsizləşdirmək üçün Peru-Braziliya matçından əvvəl müxtəlif ayinlər icra edən Peru şamanları məqsədlərinə çata bilməyiblər. Qarşılaşmadan əvvəl Peruda bir qrup Şaman braziliyalı futbolçuların fotoşəkillərindən istifadə edərək müxtəlif rituallar həyata keçirərək Braziliyanın qələbə qazanmasına mane olmaq istəyib.

Lakin buna nail ola bilməyiblər. Matçın 29-cu dəqiqəsində Markinyosun vurduğu qolla Braziliya 1:0 hesablı qələbə qazanaraq qrup liderliyini qoruyub.


metbuat.az.