METBUAT.AZ

Siyasət

Pakistan XİN Qarabağdakı qondarma “seçkilər”i

10 sen 2023 10:41

Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki “seçkilər”i pisləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma “seçkilər” keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mümtaz Zəhra Bəluç Azərbaycan ərazisində keçirilən qondarma “seçkilər”lə bağlı sualı cavablandırarkən deyib.


metbuat.az.