19 sen 2023 12:08
Milli Məclisdə onkoloji xəstələrə tibbi yardımın perspektivləri müzakirə ediləcək.
Metbuat.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün İş Planına “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri” mövzusunda dinləmənin keçirilməsi daxil edilib.
İş Planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.