7 sen 2023 12:27
"Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmağa və sülh sazişi imzalamağa hazırdır".
Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında səsləndirib.
"Biz sülh gündəliyinə sadiqliyimizi ifadə edirik. Ermənistan Brüssel və Praqada əldə olunmuş razılaşmalara, eləcə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir", - deyə o, qeyd edib.