11 sen 2023 23:59
“Bütün beynəlxalq telefon danışıqlarının məqsədi və mənası müəyyən nüanslardan xəbəri olmayan həmkarlarıma bu məlumatları çatdırmaq idi. Mən Vladimir Putinə bölgədəki gərginliyə görə zəng etmədim. Ona deyəcəyim yeni heç nə yoxdur. Onsuz da vəziyyəti hamıdan yaxşı bilir”.
Metbuat.az xəbər verir ki, bunu Ermənistanın ictimai kanalına müsahibəsində ölkənin baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, əslində ilk zəng elə Rusiya prezidentinə olub. Paşinyanın sözlərinə görə, digər ölkə liderləri ilə danışmazdan bir müddət öncə Putinlə söhbət edib.