METBUAT.AZ

Region

Paşinyanın istefası tələbi ilə mitinq keçirənlər yolları bağlayır

21 sen 2023 23:10

Ermənistanın Baş naziri Nikol Paşinyan əleyhinə keçirilən mitinq iştirakçıları paytaxtın mərkəzi küçələrini bağlayıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan müxtəlif istiqamətlərə bir neçə qrup göndərib.

İştirakçılar şəhər meriyasının və İrəvan konyak zavodunun binasına tərəfə yönləndirilib.

Tevanyan özü tərəfdarları ilə Nalbandyan küçəsi boyunca kəsişmələri bağlamaq niyyətindədir.

Küçələrin bağlanması ilə bağlı əsas aksiya sabah saat 07:30-da başlayacaq, bundan sonra saat 10:00-da etirazçılar hökumət binasının qarşısında toplaşmağa hazırlaşırlar.


metbuat.az.