METBUAT.AZ

Sağlamlıq

Payız depressiyasının qarşısını almaq üçün belə qidalanın

25 sen 2023 04:01

Payızda vitamin çatışmazlığı və orqanizmdə kimyəvi birləşmələrin balanssızlığı dövründə depressiyanın inkişafının qarşısını almaq üçün ekspertlər daha çox şokolad, banan və yağlı balıq yeməyi məsləhət görürlər.

Yuxululuq, enerji çatışmazlığı, ümidsizlik hissləri, pis əhvali-ruhiyyə və konsentrasiyanın zəifləməsi payız dövrünə xas olan depressiyanın əsas əlamətləridir. Simptomları azaltmaq üçün mütəxəssislər tərkibində yüksək miqdarda B6 vitamini olan banan yeməyi tövsiyə edirlər. Bu element sinir sistemini gücləndirməyə və narahatlığı azaltmağa kömək edir.

Payız aylarında qəbul edilməli qidalara, həmçinin dəniz məhsulları, eləcə də faydalı yağlarla zəngin olan balıq növləri aiddir. Mütəxəssislər xüsusilə qırmızı balıqları tövsiyə edirlər - məsələn, qızılbalıq. Ekspertlərin fikrincə, bu qidaların tərkibində olan doymuş yağlar narahatlığın qarşısını effektiv şəkildə almağa kömək edir.

Nəhayət, Braziliya qozlarında bol olan E vitamini və şokoladda olan faydalı amin turşuları bədəndə kifayət qədər konsentrasiyada olduqda, payız melanxoliyasının təsirini zəiflədə bilər. Mütəxəssislər, həmçinin depressiv epizodların öhdəsindən gəlmək üçün yeməklərinizə bibər əlavə etməyi məsləhət görürlər.


metbuat.az.