METBUAT.AZ

Gündəm

“Poladın ruhu Xocalıya ayağımız dəyəndə dinclik tapacaq” -

27 sen 2023 16:04

Polad Həşimov 2020-ci il iyulun 14-də şəhid olmağı ilə Azərbaycan xalqını ayağa qaldırdı. Onun şəhadətindən sonra minlərlə gənc intiqam hissi ilə irəli atıldı. Poladın izi ilə gedən gənclərimiz öz canları, sağlamlıqları hesabına 44 gün ərzində Şanlı Qələbə qazandılar.

Metbuat.az "AzərTac"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova İkinci Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib.

Şəhid generalın anası fikirlərinə belə davam edib: “Torpaqlarımızı itirəndə də neçə-neçə qəhrəman oğulları qurban vermişdik. Onların yarımçıq qalan arzusunu gənclərimiz öz canları, qanları hesabına həyata keçirdilər. Xankəndiyə, Xocalıya soydaşlarımızın ayağı dəyəndə, orada həyat yenidən canlananda Polad kimi qəhrəmanların ruhu da dinclik tapacaq. Çünki onlar məhz bu günlər üçün öz canlarını fəda etdilər”.



metbuat.az.