METBUAT.AZ

Dünya

Polşa Ukraynaya üz döndərdi

12 sen 2023 14:43

“Polşa Ukrayna taxılının keçidinə icazə verməyəcək. Brüsselin qərarı nə olursa olsun, sərhədlərimizi açmayacağıq”.

Metbuat.az-ın xəbərinə görə, Polşanın Baş naziri Mateuş Moraviecki belə açıqlama verib. O bildirib ki, Avropa İttifaqı Ukrayna taxılının ixracına qoyulan məhdudiyyətləri ləğv edərsə Polşa qərara əməl etməyəcək.

“Qonşularımıza kömək etmək lazım gəldikdə evlərimizi açdıq. Polşanın maraqları üçün mübarizə aparmalı olduğunuz zaman fermerlərimizin maraqlarının qorunacağına yalnız Qanun və Ədalət Partiyası hökuməti zəmanət verir. Ukrayna taxılının Avropa Birliyi bazarlarına idxalını dayandıran bizim sərt münasibətimizdir. Brüssel hakimiyyətinin qərarı nə olursa olsun, biz sərhədi açmayacağıq” - Mateuş Moraviecki deyib.


metbuat.az.