15 sen 2023 10:30
MDB dövlətləri Baş Prokurorları Əlaqələndirmə Şurasının Bakıda keçirilən iclası gələcək əməkdaşlığa öz töhfəsini verəcək.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Bakıda keçirilən 33-cü iclasındakı çıxışı zamanı bildirib.
Baş prokuror iclas iştirakçılarını salamlayaraq gələcəkdə MDB üzv dövlətlərin mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə bugünkü iclasın böyük impuls verəcəyini ümid etdiyini diqqətə çatdırıb.
Kamran Əliyev çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.