21 sen 2023 15:47
“Yevlax şəhərində keçirilən görüşdə Qarabağ ermənilərinin reinteqrasiyası formatları müzakirə edilib”.
Metbuat.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu “Sky News Arabia”ya açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
Onun sözlərinə görə, bütün məsələ və problemləri bir görüşdə həll etmək mümkün deyil: “Qarabağ ermənilərinin bundan sonrakı taleyi Azərbaycanın daxili məsələsidir. Bugünkü görüş gələcək görüşlərin birincisi oldu”.