METBUAT.AZ

İdman

PSJ prezidenti Messiyə cavab verdi

25 sen 2023 11:58

PSJ-nin prezidenti Nasser Al-Xelaifi Lionel Messinin Dünya çempionatından sonra verdiyi açıqlamaya cavab verib.

Metbuat.az xəbər verir ki, Messi çempionatdan sonra PSJ rəhbərliyinin onu təmtəraqlı formada təbrik etməməsinə görə irad bildirmişdi.

Al-Xelaifi bildirib ki, PSJ dünya çempionatından sonra video yayımlayıb və Messini məşqdə təbrik edib.

“Onun uğurlarına hörmətlə yanaşsaq da, biz Fransa klubuyuq. Stadionda bayram keçirmək təbii ki, həssas məsələ idi. Biz onun məğlub etdiyi ölkəyə, Fransa yığmasındakı komanda yoldaşlarına və azarkeşlərimizə hörmət etməliyik” - Al-Xelaifi deyib.


metbuat.az.