METBUAT.AZ

İdman

"Qalatasaray"dan "Yuventus"a sürpriz təklif

13 sen 2023 17:12

"Qalatasaray" "Yuventus"da çıxış edən Türkiyə millisinin futbolçusu Kenan Yıldızı heyətinə qatmaq istəyir.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" bununla bağlı təklif irəli sürüb. Təklifdə futbolçunun icarə əsasında kluba cəlb edilməsi nəzərdə tutulub. Müqavilədə birdəfəlik transfer etmək bəndi də olacaq.

Məlumata görə, Arda Güleri “Real Madrid”ə satan “Fənərbaxça” da Kenan Yıldız üçün “Yuventus”a təklif irəli sürsə də, rədd cavabı alıb.


metbuat.az.