METBUAT.AZ

İdman

“Qalatasaray”ın istədiyi Verrattidən sürpriz qərar -

8 sen 2023 09:12

“Qalatasaray”ın da trasfer etməyə çalışdığı Marko Verratti PSJ-dən ayrılmağa qərar verib.

Metbuat.az xəbər verir ki, Marko Verratti Qətərin “Əl-Ərəbi” klubuna keçməyə razılıq verib. Fransa mediasının məlumatına görə, Marko Verratti yeni klubu ilə müqavilə imzalamaq üçün artıq Dohaya gedib. Verratti yeni klubundan illik 50 milyon avro məvacib alacaq. “Əl-Ərəbi”nin PSJ-yə nə qədər pul ödəyəcəyi açıqlanmayıb.

Qeyd edək ki, “Qalatasaray” Verrattini transfer etməyə çalışsa da, transferi reallaşdıra bilməmişdi. Marko Verratti PSJ-də 416 oyun keçirib və 11 dəfə qol vurub, 61 məhsuldar ötürmə edib.


metbuat.az.