5 sen 2023 12:49
"Qəbələ" heyətini yeni transferlə gücləndirib.
Metbuat.az "Sportinfo"ya istinadən bildirir ki, bölgə klubu qanalı forvardla anlaşıb. Söhbət 27 yaşlı Samuel Tettehdən gedir. Tərəflər bütün detallarda razılığa gəlib.
Hazırda azad agent olan legionerin sonuncu klubu Türkiyənin "Adanaspor" komandası olub. O, daha əvvəl qardaş ölkənin "Bandirmaspor" kollektivində çıxış edib.
Ölkəsində "Şafa"nın yetirməsi olan Tetteh karyerası ərzində Avstriyada "Zalsburq", LASK, "Pölten" və ABŞ-da "New York" klublarında legioner həyatı yaşayıb.
Qanalı hücumçu ölkəsinin millisində 8 görüş keçirib, 1 qolla yadda qalıb.