METBUAT.AZ

Qarabağ

Qanunsuz erməni hərbi birləşmələri 800-dən çox silahı təhvil verdi

22 sen 2023 19:52

Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar əsasən, Qarabağdakı silahlı erməni birləşmələri silah - sursatlarını təhvil verir.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının Teleqram kanalında yazılıb.

Məlumata görə, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib.


metbuat.az.