METBUAT.AZ

İdman

“Qarabağ” - “Sabah” matçına biletlərin qiyməti açıqlandı -

15 sen 2023 00:25

Premyer Liqanın 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri “iticket.az”da satışa çıxarılıb.

Metbuat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Sentyabrın 17-də keçiriləcək qarşılaşmaya 19:30-da start veriləcək.

“Qarabağ” bu mövsüm ev oyunlarını “Azərsun Arena”da keçirib. Adıçəkilən stadionda təmir işləri getdiyindən, Azərbaycan çempionu rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.


metbuat.az.