METBUAT.AZ

İdman

"Qarabağ" 2-ci səbətdə yer alacaq,

1 sen 2023 09:28

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində yer alacağı səbət müəyyənləşib.

Metbuat.az bildirir ki, Azərbaycan çempionu püşk zamanı II səbətdə qərarlaşacaq.

Ötən gün Zaqreb “Dinamo”sunun (Xorvatiya) büdrəməsi “Qarabağ”ın işinə yarayıb. Bu, Qurban Qurbanovun yetirmələrinin II səbətə düşmələrinə yol açıb.

Bu isə o deməkdir ki, Ağdam təmsilçisi “Sportinq” (Portuqaliya), “Slaviya” (Çexiya), “Renn”, “Marsel” (hər ikisi Fransa), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya) və LASK-a (Avstriya) rəqib olmayacaq.

Qeyd edək ki, bu gün Fransanın Monako şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi

I səbət
“Vest Hem” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Roma” (İtaliya)
“Ayaks” (Niderland)
“Vilyarreal” (İspaniya)
“Bayer 04” (Almaniya)
“Atalanta” (İtaliya)
“Reyncers” (Şotlandiya)

II səbət
“Sportinq” (Portuqaliya)
“Slaviya” (Çexiya)
“Renn” (Fransa)
“Olimpiakos” (Yunanıstan)
“Betis” (İspaniya)
LASK (Avstriya)
“Marsel” (Fransa)
“Qarabağ” (Azərbaycan)

III səbət
“Molde” (Norveç)
“Brayton” (İngiltərə)
“Şerif” (Moldova)
“Union” (Belçika)
“Frayburq” (Almaniya)
“Sparta” (Çexiya)
“Makkabi” (Hayfa, İsrail)
“Şturm” (Avstriya)

IV səbət
“Tuluza” (Fransa)
AEK (Yunanıstan)
“Baçka Topola” (Serbiya)
“Servett” (İsveçrə)
“Panatinaikos” (Yunanıstan)
“Rakuv” (Polşa)
“Aris” (Kipr)
“Haken” (İsveç)


metbuat.az.