METBUAT.AZ

Elm və Təhsil

Qəbul imtahanında ölkə birincisi olmuş Ləman

2 sen 2023 23:02

2023-cü il ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal I ixtisas qrupu üzrə toplanıb.

Metbuat.az xəbər verir ki, ölkə birincisi Bakı şəhər 169 saylı orta məktəbin məzunu Ləman Quliyeva olub. O, ADA universitetində iki il əvvəl açılan Riyaziyyat ixtisasını seçib.

Xatırladaq ki, Ləman imtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 693 bal olub.


metbuat.az.