30 sen 2023 09:01
Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva sosial şəbəkədə paylaşım edib.
Metbuat.az xəbər verir ki, Kəmalə Paşayevanın təsirli paylaşımı bacısına ithaf olunub. O, Qənirə xanımla birgə şəklinə aşağıdakı şeiri yazıb:
“Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə".