16 sen 2023 11:40
Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) böyük səhnədən getdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, müğənni deyib ki, o uzunmüddətdir bu barədə qərar verməyə çalışır. Hazırda 78 yaşı olan müğənninin
yayın ortalarında Avropanın bir sıra şəhərlərində "Son mövsüm" adlı konsert turu baş tutmuşdu.
Qeyd edək ki, Ququş 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda anadan olub. Onun valideynləri Bakıdan Tehrana köçüblər.