METBUAT.AZ

İdman

"Real"ı rəzil edən səhv aradan qaldırıldı -

6 sen 2023 12:31

“Real Madrid”in Getafeyə qalib gəldiyi matçda 90+5-ci dəqiqədə qələbə qolunu vuran Cud Bellingemlə bağlı videoya azarkeşlər tərəfindən etirazlar səngimir.

Metbuat.az xəbər verir ki, oyundan sonra soyunub-geyinmə otağında çəkilən görüntülərdə Bellingemin adının səhv yazıldığı müşahidə edilib. Azarkeşlər bu duruma "”Real Madrid” biabır oldu" və "Bunu heç kim bilmir" şərhlərini yazıb. Məlumata görə, səhv aradan qaldırılıb.

Qeyd edək ki, Bellingem La Liqada 4 matçda 5 qol vurub.


metbuat.az.