METBUAT.AZ

Siyasət

Regionda mürəkkəb vəziyyət yaranıb:

13 sen 2023 13:30


“Görünür, Rusiya orada ermənilərin, rejimin əli ilə hansısa təxribatlar törətməyə çalışır. Təsadüfi deyil ki, oradakı rejim ancaq Rusiya tərəfindən göndərilən yardımı qəbul etdi. Rusiya ola bilər ki, orda təxribat törətsin, qarşıdurma yaransın, amma bu da ermənilərin xeyrinə olmayacaq. Azərbaycan tərəfi istənilən təxribatın qarşısını almağa hazırdır. Yaranmış gərginlik Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Rusiya istədiyi siyasi qüvvəni hakimiyyətə gətirmək planları hazırlaya bilər. Bildiyiniz kimi, Ermənistan açıq şəkildə Rusiyanın diktəsinə qarşı müqavimət göstərməyə çalışır. Bu gücü də Qərbdən alır. Paşinyan hakimiyyəti Qərbin dəstəyi ilə nəyəsə nail olmağa çalışır, onların köməyinə ümid edir. Amerika da indiyə qədər görünməyən formada regionda fəallaşıb. Ermənistandakı ABŞ səfirliyi hərəkətə gətirilə bilər, əlavə qüvvələr də gətirilir. Bir neçə gündür hərbi təlimlərin keçirilməsi də bu dəstəyə bir nümunədir. Bütün bunlar Paşinyana Qərb tərəfindən ciddi bir dəstək vədi verildiyinə sübut ola bilər”.

Bütün bunlara baxmayaraq Paşinyanın mövqeyinin hər an dəyişə biləcəyini vurğulayan müsahibimiz bildirdi ki, belə bir şəraitdə hansıs sülh müqaviləsinin imzalanması, danışıqların davam etdirilməsi mümkün görünmür.

“Ermənistan rəhbərliyi beynəlxalq ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır. Sülh danışıqlarının davam etməməsinə səbəblərdən biri də budur. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bu günlərdə verdiyi açıqlamaların birində dedi ki, üçtərəfli işçi qrupunun Transqafqazda nəqliyyat kommunikasiyalarının qarşısının alınması ilə bağlı danışıqları davam edir, lakin təbii ki, hər hansı kəskinləşmələr həmişə bizim işimizə mənfi təsir göstərir, ləngidir, qarşısını alır və geciktirir. Nə qədər ki, vəziyyət gərgindir nə Brüssel görüşü, nə Moskva, nə də Vaşinqton prosesi irəli getməyəcək. Ortada Laçın yolu məsələsi var. Onun ətrafında ermənilər və onun havadarları çalışırlar ki, məsələni ermənilərin xeyrinə həll etsinlər. Hətta Ermənistan bir az da qabağa gedərək Laçın yolu üzərində tam hüquq əldə etmək istəyirlər. Azərbaycan təbii ki, bununla razılaşmayacaqdır. BütüN bu məsələlər həll olunandan sonra sülh prosesi ilə bağlı danışıqlar başlaya bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.