METBUAT.AZ

Ölkə

Rəşid Mahmudov Qənirə Paşayevanın vəziyyəti ilə bağlı reallığı AÇIQLADI

28 sen 2023 19:05

Xəbər verdiyimiz kimi, Millət vəkili Qənirə Paşayevanın Mərkəzi Klinikada koma vəziyyəti davam edir. O, bir neçə müddətir xəstəxanada süni nəfəs aparatına qoşulub.

Metbuat.az Manşet.az məşhur deputatın vəziyyəti ilə bağlı tanınmış həkim, Tibb Universitetinin dosenti Rəşid Mahmudovla əlaqə saxlayıb.

O, açıqlamasında Qənirə Paşayevanın vəziyyəti ilə bağlı reallıqları demək lazım olduğunu bildirib:

"Qənirə Paşayevaya qoyulan diaqnoz qeyri-naməlumdur. Elə bu səbəbədən də onun haqqında nəsə demək çətindir. Hər halda müalicə prosesləri davam edir. İnşallah, beyin ölümü keçirməyib, bu halda vəziyyət mürəkkəb olar. Süni nəfəs aparatına qoşulu vəziyyətdə müalicəsi yüksək səviyyədə aparılacaqsa, o bir həftəyə də, bir aya da geri qayıda bilər. Təbii ki, burada orqanizmin möhkəmliyidə öz sözünü deyir."


metbuat.az.