8 sen 2023 12:43
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.
DİM-dən Metbuat.az-a verilən xəbərə görə, 8 sentyabr 2023-cü il saat 13:00-dan 11 sentyabr 2023-cü il saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilib.
Qeyd edək ki, 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 581 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2023, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
Müsabiqədə iştirak etmək istəyən namizədlər //eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.
Aşağıda boş qalan plan yerləri təqdim olunur.
2023/2024-cü TӘDRİS İLİ ÜÇÜN REZİDENTURANIN BOŞ QALAN YERLӘRİNƏ QƏBUL APARILAN İXTİSASLAR
Azərbaycan Tibb Universiteti | |||
311236 | Psixiatriya | 1 | |
311252 | Daxili xəstəliklər | 1 | |
311528 | Restorativ stomatologiya | 1 | |
311593 | Epidemiologiya | 1 | |
*311625 | Tibbi mikrobiologiya | 1 | |
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu | |||
313123 | Ümumi cərrahiyyə | 1 | |
313229 | Daxili xəstəliklər | 1 | |
313294 | Ailə təbabəti | 1 | |
313367 | Epidemiologiya | 1 | |
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi | |||
318113 | Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza | 1 | |
Respublika Narkoloji Mərkəzi | |||
332118 | Narkologiya | 1 | |
Naxçıvan Dövlət Universiteti | |||
361157 | Travmatologiya- ortopediya | 1 | |
361254 | Nevrologiya (Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi üçün) | 1 | |
361262 | Kardiologiya | 1 | |
361295 | Fizioterapiya və tibbi bərpa | 1 | |
361319 | Ftiziatriya | 1 | |
361327 | Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza | 1 | |
361335 | Pediatriya | 1 | |
361384 | Endodontiya | 1 | |
361432 | Uşaq stomatologiyası | 1 | |
361457 | Gigiyena | 1 | |
361473 | Epidemiologiya | 2 | |
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı | |||
365118 | Anesteziologiya- reanimatologiya | 1 |
QEYD 1. * - işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı №3, 2023, səh.4-7) müvafiq olaraq aparılır.
QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolmuşdur.