12 sen 2023 12:43
Kriştiano Ronaldonun Mərakeşdə yerləşən "Pestana CR7 Marrakech" adlı 4 ulduzlu oteli zəlzələdən zərərçəkənlərin istifadəsinə verildiyi barədə xəbərlər dərc edilmişdi.
Metbuat.az xəbər verir ki, “Marca” qəzeti zəlzələdən zərərçəkənlərin Ronaldonun otelinə yerləşdirildiyini yazmışdı. Lakin otelin nümayəndəsi iddiaları təkzib edib.
Otelin sözçüsü “Liberation”a deyib: "Bu, yanlış məlumatdır. Hazırda rezervasiya etdiyimiz bütün müştərilər normal olaraq otelimizdədirlər. Otelimiz hazırda zəlzələdən zərərçəkənlər üçün sığınacaq kimi istifadə edilmir".