6 sen 2023 14:28
Rusiya Avrobond emissiyasının xarici valyutada ödənilməsi ilə əlaqədar daxili bazarda valyuta satışlarının sürətləndirir.
Metbuat.az xəbər verir ki, bu barədə Ruisya Mərkəzi Bankdan açıqlama verilib. Bildirilib ki, daxili bazarda valyuta satışları 2,3 milyard rubldan 21,4 milyard rubla yüksələcək. Sözügedən addımın müvəqqəti olduğu vurğulanıb. Ekspertlər qeyd edirlər ki, sözügedən qərar son vaxtlar xarici valyutalar qarşısında dəyərini itirən rublun sabitliyini məhdud formada təmin edə bilər.
Qeyd edək ki, Mərkəzi Bank rublun ucuzlaşması ilə əlaqədar siyasət faizini 8,5 faizdən 12 faizə yüksəldib.