2 sen 2023 11:13
Rusiya Ədliyyə Nazirliyi “Novaya qazeta” qəzetinin baş redaktoru, Nobel mükafatı laureatı Dmitri Muratovu “xarici agent” kimi tanıyıb.
Metbuat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, Muratov "xarici agentlər" tərəfindən materialların yaradılmasında və yayılmasında iştirak edib: "Rusiyanın xarici və daxili siyasətinə mənfi münasibət formalaşdırmaq məqsədilə xarici platformalardan istifadə edib",- deyə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi bildirib.