6 sen 2023 09:19
Müharibənin 560-cı günü yaşayan Rusiya və Ukrayna tərəfləri itkiləri açıqlayıb.
Metbuat.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatıan görə, Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 266 290 nəfərə çatıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, qarşı tərəfin müharibə başlayan bu günədək 66 mindən çox itkisi var.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.